"Milan"ın hücumçusu Zlatan İbrahimoviç yeni rekorda imza atıb. Matc.az xəbər verir ki, isveçli hücumçu A Seriyasının 17-ci turunun "Udineze" ilə matçında (1:1) qol vurub.
 
Bu qol İbrahimoviçin 21-ci əsrdə TOP-5 çempionatlarında vurduğu 300-cü qolu olub.
 
İbrahimoviç 21-ci əsrdə vurulan qol sayında yalnız Kriştiano Ronaldo (483) və Lionel Messidən (475) geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest