"Mançester Siti" İngiltərə Premyer Liqasında "Vulverhempton"u məğlub edib – 1:0. Matc.az xəbər verir ki, sözügedən oyunda "şəhərlilər"in yeganə qolunu vuran Rahim Sterlinq turnirdəki qollarının sayını 100-ə çatdırıb.
 
O, Premyer Liqada 100 qol səddinə çatan 32-ci futbolçu olub. Sterlinq çempionatda 100 qol vuran futbolçular siyahısında yer alan ən gənc oyunçudur (27 yaş 3 gün).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest