Bu gün "Formula 1" üzrə dünya çempionatının 2021-ci il mövsümünə yekun vurulub. Matc.az xəbər verir ki, "Red Bull" komandasının pilotu Maks Ferstappen karyerasında ilk dəfə dünya çempionu olub.
 
O, "Yas Marina" avtodromunda keçirilən mövsümün son yarışı olan Əbu Dabi qran-prisində sonuncu dövrədə "Mercedes"in pilotu Luis Hamiltonu qabaqlamaqla çempionluğu təmin edib.
 
Hamilton ikinci olubsa, "Ferrari"dən ispaniyalı Karlos Sayns finişə 3-cü çatıb. 
 
"Red Bull" komandası son 8 ildə ilk dəfə titul qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest