Futbol üzrə Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
"Adana Dəmirspor" "Girəsunspor"u məğlub yola salıb. "Yeni Malatyaspor" isə evdə "Alanyaspor"a böyük hesabla uduzub.
 
Baş məşqçi Sərgən Yalçınla yollarını ayıran "Beşiktaş" bu turda "Kayserispor"la üz-üzə gəlib. "Qara qartallar" bu oyunda uzun fasilədən sonra qələbə sevinci yaşayıblar.
 
Türkiyə Super Liqası
16-cı tur
10 dekabr
 
Altay – Hatayspor 1:2
Qol: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.
 
11 dekabr
 
Fatih Karagümrük – Konyaspor 1:4
Qol: Peşiç, 12 – Rahmanoviç, 30. S.Gürlər, 53; 88. Gilyerme, 86.
 
Başakşəhər – Kasımpaşa 2:1
Qol: Vişça, 53. M.Təkdəmir, 90+2 – Hayradinoviç, 78.
 
Rizəspor – Göztəpə 3:1
Qol: Pohjanpalo, 40; 78. Sabo, 90+3 – Nukan, 61.
 
Antalyaspor – Trabzonspor 2:1
Qol: Fredi, 34-pen. D.Tokoz, 73-öz qapısına – Kornelius, 24.
 
12 dekabr
 
Adana Dəmirspor – Girəsunspor 1:0
Qol: Stambuli, 90+3.
 
Yeni Malatyaspor – Alanyaspor 2:6
Qol: Abid, 4. Tette, 17 – Dyedyu, 14; 56. Davidson, 23. E.Akbaba, 33. Novais, 52. Babakar, 90.
 
Beşiktaş – Kayserispor 4:2
Qol: Larin, 45. Batşuayi, 84; 89. G.Yalçın, 90+6 – Tiam, 38; 71.
 
13 dekabr
 
19:00. Sivasspor – Qalatasaray
21:30. Qaziantep – Fənərbaxça

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest