Futbol üzrə Rusiya Premyer Liqasında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi "Ufa" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə Moskva "Lokomotiv"i ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.
 
Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 84-cü dəqiqədə əvəzlənib.
 
"Ufa" 18 turdan sonra 16 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest