Polis dərhal hadisə yerinə gəlib. Rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolembevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.

Polşanın "Legiya" klubunun azarkeşləri ölkə çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesabı ilə uduzduqları oyundan sonra futbolçulara hücum edib. Matc.az Polşa mətbuatına istinadən xəbər verir ki, fanatlar qarşılaşmanın final fitindən sonra bazaya yollanıblar.
 
Onlardan bir neçəsi avtobusa daxil olaraq qarşıdurmaya səbəb olublar. Nəticədə komandanın iki legioneri xəsarət alıb. Onların adı açıqlanmayıb. Bəzi mənbələr isə həmin legionerlərin Lukinyas və Mahir Emreli olduğunu bildirir.
 
Polis dərhal hadisə yerinə gəlib. Rəsmi açıqlamada oyunçuların xəsarət alması təsdiqlənməyib. Nəşr bu görüşdən sonra baş məşqçi Marek Qolembevskinin futbolçularla vidalaşdığını və daha sonra istefa verdiyini yazıb.
 
Xatırladaq ki, Mahir "Visla" ilə görüşə start heyətdə başlayıb və 73-cü dəqiqədə əvəzlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest