"Neftçi"nin qapıçısı Kamran İbrahimov klubun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, iki oyundur qapısını toxunulmaz saxlayan gənc futbolçu azarkeşlərlə əl-ələ verib çətin vəziyyətdən çıxacaqlarına inandığını bildirib.

"Neftçi"nin qapıçısı Kamran İbrahimov klubun rəsmi saytına müsahibə verib. Matc.az xəbər verir ki, iki oyundur qapısını toxunulmaz saxlayan gənc futbolçu azarkeşlərlə əl-ələ verib çətin vəziyyətdən çıxacaqlarına inandığını bildirib.
 
- Bu mövsümədək əsasən əvəzedici komandada oynasan da, bu mövsümdən başlayaraq əsas komandamızın qapısını qoruyursan. Biri avrokubok olmaqla, artıq 6 matçda meydana çıxmısan. "Neftçi"nin əsas komandasının formasını geyinmək necə hissdir?
- çox xoş hisslərdir. "Neftçi" kimi böyük və köklü komandanın heyətində şans qazanmaq həqiqətən də qürurvericidir.
 
- İki oyundur zədəli Aqil Məmmədovu layiqincə əvəz edirsən. Hər halda, 180 dəqiqə ərzində qapının toxunulmazlığını təmin edə bilmisən. Bu haqda təəssüratlarını bilmək istərdik.
- Bəli, əsas qapıçımız Aqil Məmmədov zədəli olduğu üçün ardıcıl 2 oyuna çıxdım və qol buraxmadım. Bu, çox gözəldir və özümə olan güvənimi artırır. Amma qapını toxunulmaz saxlamaq təkcə mənim yox, həm də rəqibə çoxlu qol epizodu yaratmaq şansı verməyən komanda yoldaşlarımın əməyidir. Buna görə onlara təşəkkür edirəm.
 
- Son iki oyunda qol buraxmasaq da, təəssüf ki, 2 xal itirmişik. Necə düşünürsən, Qəbələ səfərində qalib gəlib qış fasiləsinə major notlarla yollana biləcəyik?
- "Sumqayıt"la matçda qol vura bilmədiyimiz üçün çox məyus olduq. Qarşıda çox oyun var. Mübarizəni sonadək davam etdirəcəyik. "Qəbələ" ilə görüşdə qələbə qazanıb çempionatın ikinci hissəsinə daha yaxşı əhval-ruhiyyədə hazırlaşmağa çalışacağıq.
 
- Son turlardakı nəticələr azarkeşləri qane etməsə də, qapıdakı etibarlı çıxışınla onların rəğbətini qazanmısan. Azarkeşlərə sözün varmı?
- Hər komandanın çətin dövrü olur. Biz də hazırda həmin dövrü yaşayırıq. Vəziyyətdən çıxmaq üçün komandada hər kəs əlindən gələni etməyə çalışır. Azarkeşlərimizə çox təşəkkür edirəm. Onların dəstəyini həmişə hiss etmişik. Onlardan xahiş edirəm ki, bizə olan inamlarını azaltmasınlar. İnanıram ki, azarkeşlərimizlə əl-ələ verib çətin vəziyyətdən birlikdə çıxacağıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest