13 Dekabr 2021, 14:17
DİGƏR
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo İspaniyanın Huelva şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Matc.az xəbər verir ki, Edi kişi badmintonçuların şəxsi yarışında 1/32 finalda Türkiyə təmsilçisi Emre Lale ilə qarşılaşıb.
Oyun bamdintonçumuzun 2:0 (21-15,21-16) hesablı qələbəsi ilə başa çatıb.
Edi 1/16 finalda Hovard Şu (ABŞ) - Li çeuk Yiu (Honqkonq) cütünün qalibi ilə qarşılaşacaq.