"Uşaqlıqdan xəyalımdır. Bəlkə iki qardaş ölkənin prezidenti yan-yana oturub oyunu izləyər"

"Qarabağ"ın prezidenti Tahir Gözəl İdman Araşdırmalar Mərkəzi (İAM) tərəfindən təşkil edilən "İlin Qalibləri-2021" layihəsindən sonra brifinq keçirib. Matc.az xəbər verir ki, klub rəhbəri tədbirin ardından jurnalistlərin suallarını cavablandırıb.
 
O, Konfrans Liqasının pley-off mərhələsinin bugünkü püşkatması barədə fikirlərini açıqlayıb: "Ən böyük arzum "Fənərbaxça" ilə qarşılaşmaqdır. Uşaqlıqdan xəyalımdır. Bəlkə iki qardaş ölkənin prezidenti yan-yana oturub oyunu izləyər".
 
Qeyd edək ki, pley-offun püşkü bu gün Bakı vaxtı ilə saat 17:00-da atılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest