"Həmişə qarşıma məqsəd qoyuram ki, daha yaxşı oynayım. Əlimdən gələni edəcəyəm"

"çox şadam ki, məni seçdilər. Digər namizədlər də layiq idi". Matc.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Emin Mahmudov deyib.
 
Təcrübəli yarımmüdafiəçi ilin futbolçusu seçilməsinə münasibət bildirib. O, jurnalistlərə açıqlamasında "Neftçi"də yaşadığı çempionluğun rolunu vurğulayıb: "Neftçi" çempion olduğu üçün bəlkə də mən seçildim. Bunda baş məşqçilərimin rolu böyükdür. Mənə inandılar. Düzdür, millidə nəticələr yaxşı olmadı. Amma çalışacağam bundan sonra yaxşı olsun".
 
Mahmudov millidəki çıxışına da toxunub: "Həmişə qarşıma məqsəd qoyuram ki, daha yaxşı oynayım. Əlimdən gələni edəcəyəm. Canni De Byazinin istəyini yerinə yetirməyə çalışacağam. Uğur qazanmaq istəyirik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest