"Futbolçu kimi alınmasa da, bir Azərbaycan vətəndaşı kimi buna çox sevindim. Artıq ölkəmizdə dünya, Avropa çempionatları təşkil olunur"

"Bütün idman ailəmizi təbrik etmək istəyirəm. Əvvəl idmançı idik, artıq mütəxəssisik. Vəziyyətə tam fərqli rakursdan baxırıq". Matc.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov deyib.

O, Azərbaycan millisinin Tokio-2020 Yay Olimpiya Oyunlarındakı çıxışını yüksək qiymətləndirib: "30 il ərzində idmanımız dünya idmana böyük səs salıb. ötən il də idmanımızda böyük uğurlara imza atdıq. Olimpiya yığmamızın uğursuz çıxış etməsi ilə bağlı fikirlərlə qətiyyən razı deyiləm. Məlum səbəbdir ki, idmançılarımız yarışlara lazımi səviyyədə hazırlaşa bilmirdi. Aparıcı idmançılarımız var ki, onlar Oyunlarda iştirak etməyib. Radik İsayev, Rəsul çunayev, Toğrul Əsgərov kimi aparıcı idmançılarımız çıxış etmirdi".

Sadıqov "Qarabağ"ın Konfrans Liqasının qrupdan çıxmasına çox sevindiyini vurğulayıb: "Qarabağ"ın avrokuboklarda qrupdan çıxması mənim xəyalım idi. Futbolçu kimi alınmasa da, bir Azərbaycan vətəndaşı kimi buna çox sevindim. Artıq ölkəmizdə dünya, Avropa çempionatları təşkil olunur. Bunda hər birimiz cüzi də olsa pay sahibiyik. Dövlətimizin idmanımıza diqqət və qayğısı hər zaman yüksək səviyyədə olub. "Qarabağ"ın da əsas prioriteti hər zaman dövlətini və xalqını sevindirmək olub".

O, ilin ən yaxşı futbolçusu ilə bağlı sorğu barədə sualı da cavablandırıb: "Əsas futbolçunun il ərzində göstərdiyi performans və üzərinə düşən yükü nə səviyyədə daşımasıdır".

Mütəxəssis ilin ən yaxşı futbolçusu seçilən Emin Mahmudovla bağlı da fikirlərini səsləndirib: "Emin qədər möhtəşəm mövsüm keçirən hansısa futbolçumuzu xatırlamıram. Eminin o vaxtdan böyük potensialı olub. Onu ürəkdən təbrik edirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest