İngiltərənin "Mançester Yunayted" klubu təlim-məşq bazasını bağlayıb. Matc.az xəbər verir ki, buna ötən gün klub kollektivindən götürülmüş COVİD-19 testlərinin birinin pozitiv çıxması səbəb olub.
 
Bu üzdən "qırmızı şeytanlar"ın bazası ən azı 24 saat qapalı qalacaq. Klub bununla kollektiv arasında koronavirusa yoluxma hallarının minimuma endirilməsinə çalışır. Testi pozitiv çıxan şəxslər isə karantinə alınıblar.
 
Son günlər İngiltərənin bəzi klublarında yoluxma hallarının sayı xeyli artıb. Son olaraq, "Aston Villa"da bir neçə klub əməkdaşı və futbolçunun koronavirus testi müsbət çıxıb. Daha öncə "Tottenhem"də koronavirusa kütləvi yoluxma qeydə alınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest