24 yaşlı hücumçunun belə bir qərar qəbul etməsinə Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra baş verənlər səbəb göstərilir.

Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşanın "Legiya" klubundan ayrılmağa qərar verib. Matc.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb.
 
24 yaşlı hücumçunun belə bir qərar qəbul etməsinə Polşa çempionatının 18-ci turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra baş verənlər səbəb göstərilir.
 
Belə ki, həmin matçdan sonra bir qrup azarkeş Varşava klubunun avtobosunun qarşısını kəsib, futbolçulara hücum edib. Nəticədə iki legionerin xəsarət alıb ki, onlardan biri Mahir, digərinin Lukinyasdır. Azərbaycanlı hücumçu tibbi müayinədən keçmək üçün xəstəxanaya da yollanıb.
 
Mahir baş verənlərlə əlaqədar klubla müqaviləsini ləğv etmə variantının nə qədər olduğunu öyrənmək üçün vəkillərlə əlaqə saxlayıb. Onun hətta qış fasiləsində komandasını dəyişməsi real qiymətləndirilir.
 
Emrelinin növbəti turda "Zaqlembe" ilə matçda iştirakı gözlənilmir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest