Futbol üzrə İtaliya A Seriyasının 17-ci turu çərçivəsində keçirilən "Roma" – "Spetsiya" matçında xoşagəlməz hadisə yaşanıb. Matc.az xəbər verir ki, qarşılaşmanın 30-cu dəqiqəsində tribunada romalı bir fanatın ürəyi dayanıb.
 
Həkimlər 23 yaşlı azarkeşə vaxtında müdaxilə edib. Onun həyatını defibrilyatorla xilas etmək mümkün olub və azarkeş xəstəxanaya aparılıb.
 
"Roma" – "Spetsiya" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest