"Barselona"nın futbolçusu Serxio Aquero karyerasını bitirəcək. Matc.az xəbər verir ki, 33 yaşlı hücumçunu qərarını bu həftə rəsmən açıqlayacaq. Bu barədə "Marca" nəşri məlumat yayıb.
 
Aquero La Liqanın 12-ci turunun "Alaves"lə (1:1) matçında ürək darlığı səbəbindən meydanı tərk etmişdi. 33 yaşlı futbolçuya ürəyində ritm pozğunluğu diaqnozu qoyulub və onun azı 3 ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest