"Amma mən söhbət etdim. Baş hakim "mən gördüm ki, qoldu, sadəcə, əmin olmadım"

"Qarabağ"ın Konfrans Liqasının son turunda "Bazel"lə baş tutan oyunu bir müddət yaddaşlardan silinməyəcək. Matc.az xəbər verir ki,  buna səbəb ağdamlıların oyunun əvvəlində vurduğu qolun qeydə alınmaması oldu. Bəlkə də qarşılaşmanın axarını dəyişəcək qolun sayılmaması böyükdən-kiçiyə hamını məyus etdi.

Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablayan Qurban Qurbanov Filip Ozobiçlə xorvat hakim arasında dialoqun yaşandığını söyləmişdi. İki həmyerlinin söhbətinin məğzini öyrənmək üçün "Qarabağ"ın və milli komandanın yarımmüdafiəçisi ilə əlaqə saxladıq: "Oyundan sonra həmyerlilərim olan hakimlərlə söhbət etdim. Əslində, onlar mənimlə dialoqa girməməlidilər. Amma mən söhbət etdim. Baş hakim "mən gördüm ki, qoldu, sadəcə, əmin olmadım. çünki yan xətt hakimi mərkəzə doğru qaçmadı, əminliklə yerində dayanmışdı. O mərkəzə qaçsaydı, mən qolu qeydə alacaqdım. Fasilədə videoyazıya baxarkən qol olduğunu gördüm" dedi. Amma nə etmək olar, sadəcə, üzr istədi". futbol+

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest