"O ki, qaldı şikayətə, apellyasiya verə bilərik. Amma bunun üçün çox böyük məbləğ lazımdı. Onminlərlə avro təkcə şikayətin qəbulu üçün tələb olunur. Şikayətin qəbul olunub-olunmayacağı da bəlli deyil"

Konfrans Liqasında qrup mərhələsinin son oyununda "Qarabağ" "Bazel"in qonağı olub. Qarşılaşma ev sahibinin 3:0 hesablı qələbəsi ilə bitib. Ağdam təmsilçisinin vurduğu təmiz qolu Fran Yoviçin qeydə almaması görüşə damğa vurdu. Qapı xəttini təxminən 2 metr keçən topu xorvat hakimdən başqa hamı gördü.

Birbaşa oyunun axarına təsir edən bu qərara görə "Qarabağ" UEFA-ya şikayət edəcəkmi? Klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib ki, qitə futbol qurumuna məktub ünvanlanıb: "Konfrans Liqasında VAR və "Goal line" texnologiyası tətbiq olunsun. Bunu tələb etmişik. O ki, qaldı şikayətə, apellyasiya verə bilərik. Amma bunun üçün çox böyük məbləğ lazımdı. Onminlərlə avro təkcə şikayətin qəbulu üçün tələb olunur. Şikayətin qəbul olunub-olunmayacağı da bəlli deyil. Biz də bilirik ki, bu pulu ödəyib, şikayət etsək belə, matçın nəticəsi dəyişməyəcək. Ən yaxşı halda, hakim cəzalandırılacaq. Bu baxımdan bütün aidiyyəti qurumlara rəsmi məktub göndərmişik. Amma apellyasiya şikayəti, sadəcə, pulun havaya atılması deməkdi. Bu səbəbdən şikayət etməyəcəyik".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest