"Biz evdə layiqincə qalib gəldik. Baxmayaraq ki, "Legiya"nın da şansları var idi - Mahir Emreli və ya Şimon Vlodarçik qol vurmağa yaxın idilər"

"Bazar günü Plotska baş tutan oyunumuzdan əvvəl düşünürdüm ki, "Legiya"da gedişatı dəyişə bilən oyunçular var. Lakin oyundan sonra fikrimi bir qədər dəyişdim və düşünürəm ki, onların belə potensialı yoxdur". Matc.az xəbər verir ki, bu fikirlər "Legiya"nın və "Qarabağ"ın keçmiş futbolçusu, hazırda "Visla Plotsk"da millimizin üzvü Anton Krivotsyukun komanda yoldaşı olan Yakub Jezniçaka məxsusdur. "Gazeta Polska Codziennie"yə müsahibə verən təcrübəli futbolçu "Legiya"nı "göydən yerə vurub". 
 
Qəribədir ki, o, vaxtilə "Qarabağ"da komanda yoldaşı olan, əvvəlki müsahibələrində tərifləməkdən doymadığı Mahir Emrelini bu dəfə fərqləndirməyi lazım bilməyib:   
 
"Klub üçün, oyunçular üçün, xüsusən də Artur Boruç, Artur Jedreyçuk və ya Mateuş Viteska kimi "Legiya"ya bağlı olanlara üçün çox çətin dövrdür. Onların hər biri uzun illərdir bu klubdadır və hələ belə bir şey yaşamamışdılar. Azarkeşlər üçün də dəhşətli dövrdür, çünki "Legiya" 80 ildə belə pis oynamayıb. Son oyunumuzda yalnız Lukinyos və Josenifərqləndirə bilərəm. Və əlbəttə ki, klubun əfsanəsi olan Artur Boruçu - ancaq o, sahədə baş verənlərə o qədər də təsir edə bilmir.
 
ötən mövsüm "Legiya" ilə oynamaq bizim üçün xeyli çətin idi. İndi qalib gəldik, ilk dövrədəki görüşdə də uduzmaya bilərdik. "
 
"Legiya" bizə qarşı dörd hücumçu ilə oynadı. Kağız üzərində bu, qorxunc görünə bilər. Ancaq bu hücumçuların liqada heç nə edə bilmirlər, çox zəif görünürlər. Onların hər birinin hesabında bu mövsüm bir və ya iki qol var. Lukinyosun oyununu xoşlayıram, amma onun göstəricilərinə baxanda düşünürsən ki, belə bir oyunçunun bu cür çıxış etməsi yaraşmaz. O, effektiv deyil. Lukinyos özünü göstərməyi sevir, lakin futbolda rəqəmlər və nəticələr əsasdır". 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest