Futbol üzrə Argentina millisinin və İspaniyanın "Barselona" klubunun hücumçusu Serxio Aquero karyerasını başa vurub. Matc.az xəbər verir ki, bu barədə 33 yaşlı hücumçu keçirdiyi mətbuat konfransında açıqlama verib.
 
Aquero ürəyindəki problemə görə karyerasını bitirib. O, La Liqanın 12-ci turu çərçivəsində baş tutan "Alaves"lə matçda (1:1) özünü pis hiss edib. Oyundan sonra xəstəxanaya yerləşdirilən futbolçu kardioloji müayinədən keçib. Hücumçuya aritmiya (ürəyin normal ritminin pozulması) diaqnozu qoyulub.
 
Aquero karyerası ərzində ölkəsinin "İndependyente", İspaniyanın "Atletiko" (Madrid) və İngiltərənin "Mançester Siti" klublarında da forma geyinib. O, "Barselona"ya bu yay məhz "Mançester Siti"dən keçmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest