"Benfika"nın futbolçusu Nikolas Otamendinin evi qarət olunub. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, soyğunçular argentinalı müdafiəçinin evinə girərək, onun əlini bağlayıb və evi qarət edib.
 
Qarətçilərin 4 nəfərdən ibarət olduğu bildirilir. Onlar Otamendinin evindən 250 min funt-sterlinqlik bir saat, qızıl və pul oğurlayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest