"Qarabağ" Azərbaycan millisinin hücumçusu Rüstəm Əhmədzadənin transferini açıqlayıb. Matc.az xəbər verir ki, Ağdam klubu bununla bağlı "Facebook" səhifəsində paylaşım edib.
 
21 yaşlı hücumçu "köhlən atlar"ın heyətində 97 nömrəli formanı geyinəcək. Lakin tərəflər arasındakı müqavilənin detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Rüstəm Əhmədzadənin son klubu Ukrayna "Minay"ı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest