"Belə durumda yaxanı kənara çəkmək düzgün olmaz. Hər kəs buna görə məsuliyyət daşıyır. Rəhbərliklə görüşərək düzgün qərarlar qəbul edəcəyik"

"Bəlkə də məşqçilik dövründə ən çətin mətbuat konfransına gəlmişəm. çünki deməyə bir sözüm yoxdur". Matc.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov evdə "Keşlə"yə 1:3 hesabı ilə uduzduqları Premyer Liqanın XIV tur matçından sonra mətbuat konfransında deyib.
 
40 yaşlı mütəxəssis oyuna yaxşı hazırlaşdıqlarını bildirib: "Qol epizoduna gəlirik, dəyərləndirə bilmirik. Günahlar axtarmağa gərək yoxdur. Günahkar özüməm. Futbolçulara bel bağladıq, güvəndik, o formada olmadılar. Belə duruma gəlib çıxmağın səbəblərindən biri budur. Belə durumda yaxanı kənara çəkmək düzgün olmaz. Hər kəs buna görə məsuliyyət daşıyır. Rəhbərliklə görüşərək düzgün qərarlar qəbul edəcəyik".
 
Onun sözlərinə görə, futbolçu uğur qazanmaqdan doymamalıdır: "3-cü yer tutmaqla doyursa, gələcəkdə çətinlik çəkəcək. Yayda düzgün qərar qəbul etmişdik. Futbolçuların fikri başqa yerdə ola bilər, formada olmaya bilərlər. Bunlar qaçılmazdır. Bu gün "Keşlə"nin futbolçuları bizdən istəkli idi. Epizodlara girə bilməməyimiz futbolçulara bəlkə də təsir edir. Hər şey ola bilər".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest