Abanq "Keşlə"yə bu ilin yayında Moldovanın "Şerif" klubundan transfer edilmişdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 10 çempionat matçında 4 qolla yadda qalıb.

"Keşlə"nin qış fasiləsində yollarını ayıracağı futbolçulardan üçü artıq dəqiqləşib. Matc.az xəbər verir ki, baş məşqçi Sənan Qurbanov Premyer Liqanın 14-cü turunda 3:1 hesabıyla məğlub etdikləri "Sumqayıt"la səfər oyunundan sonrakı mətbuat konfransında Nicat Qurbanovla, eləcə də legionerlərdən Anatole Abanq və Con Kamara ilə vidalaşacaqlarını açıqladı.
 
Böyük ümidlərlə transfer edilən Abanqın qışda Azərbaycanın digər klublarından birinə keçəcəyi də iddia olunurdu. Hətta "Zirə"nin bu hücumçunun xidmətində maraqlı olduğuna dair xəbərlər dolaşırdı. Lakin əldə etdiyimiz məlumata görə, kamerunlu forvard karyerasını Türkiyədə davam etdirəcək. 25 yaşlı futbolçunun TFF 1-ci liqa klublarından birinə keçməsi gündəmdədir. Hazırda Abanqın meneceri ona məhz bu liqada komanda axtarmaqla məşğuldur.
 
Xatırladaq ki, Abanq "Keşlə"yə bu ilin yayında Moldovanın "Şerif" klubundan transfer edilmişdi. O, paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 10 çempionat matçında 4 qolla yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest