Futbol üzrə Almaniya Bundesliqasında 16-cı tura yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə beş qarşılaşma baş tutub.
 
"Auqsburq" - "Leyptsiq" və "Bayer" - "Hoffenhaym" matçlarında qalib müəyyənləşməyib. "Union Berlin" - "Frayburq" görüşündə ümumiyyətlə qapılara qol vurulmayıb.
 
Mönhenqladbax "Borussiya"sı bu dəfə "Ayntraxt"la qarşılaşıb və doğma meydanda məğlubiyyətə üzülüb. Dortmund "Borussiya"sı isə autsayder "Qroyter"lə oyunda darmadağına sevinib.
 
Almaniya Bundesliqası
16-cı tur
14 dekabr
 
Ştutqart – Bayern 0:5
Qol: Qnabri, 40; 53; 74. Levandovski, 69; 72.
 
Arminiya – Bohum 2:0
Qol: Okuqava, 51. Vimmer, 69.
 
Volfsburq – Köln 2:3
Qol: Nmeça, 8. Veqorst, 51 – Modeste, 34; 89. Ut, 73.
 
Maynts – Herta 4:0
Qol: Li, 19. Hak, 41. Vidmer, 49. Boetius, 79.
 
15 dekabr
 
Borussiya (Mönhenqladbax) – Ayntraxt 2:3
Qol: Noyhaus, 6. Bensebaini, 54-pen – Borre, 45. Lindstrom, 50. Kamada, 55.
 
Auqsburq – Leyptsiq 1:1
Qol: Kaliciuri, 86-pen – A.Silva, 19.
 
Bayer – Hoffenhaym 2:2
Qol: Şik, 37; 63 – Stiller, 80. Dabbur, 83.
 
Borussiya (Dortmund) – Qroyter 3:0
Qol: Haland, 33-pen; 82. Malen, 89.
 
Union Berlin – Frayburq 0:0

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest