Futbol üzrə İngiltərə Premyer Liqasında 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha üç qarşılaşma baş tutub.
 
Dörd qolun qeydə alındığı "Kristal Pelas" - "Sauthempton" matçında qalib müəyyənləşməyib.
 
Səfərdə "Brayton"la qarşılaşan "Vulverhempton" 3 xalı tək qolla qazanıb.
 
"Arsenal" isə doğma meydanda "Vest Hem"lə qarşılaşıb. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.
 
"çelsi"nin bu turdakı rəqibi "Everton" olacaq. Tura "Liverpul" – "Nyukasl" matçıyla yekun vurulacaq.
 
Bu tur keçirilməli olan "Brentford" – "Mançester Yunayted" və "Bernli" – "Uotford" matçları təxirə salınıb. Buna "Mançester Yunayted" və "Uotford" komandaların heyətində koronavirusa kütləvi yoluxanların olması səbəb göstərilib.
 
İngiltərə Premyer Liqası
17-ci tur
14 dekabr
 
Norviç Siti – Aston Villa 0:2
Qol: Remsi, 34. Uotkins, 87.
 
Mançester Siti – Lids 7:0
Qol: Foden, 8. Qriliş, 13. De Bruyne, 32; 62. Mahrez, 49. Stounz, 74. Ake, 78.
 
15 dekabr
 
Brayton – Vulverhempton 0:1
Qol: Saiss, 45+1.
 
Kristal Pelas – Sauthempton 2:2
Qol: Zaha, 2. Ayyu, 65 – Uord-Prauz, 32. Broya, 36.
 
Arsenal – Vest Hem 2:0
Qol: Martinelli, 48. Smit Rou, 87.
 
16 dekabr
 
23:30. Lester Siti – Tottenhem
23:45. çelsi – Everton
00:00. Liverpul – Nyukasl

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest