Eşitməqüsurlu futzalçılardan ibarət Azərbaycan milli komandası final mərhələsi 2022-ci ildə İtaliyada təşkil olunacaq Avropa çempionatının əsas seçmə mərhələsində çıxış edəcək. Matc.az xəbər verir ki, 17-19 dekabr tarixlərində İsveçin Göteburq şəhərində təşkil olunacaq seçmə mərhələ oyunlarında Azərbaycan millisi B qrupunda çexiya, İsveç və Uels komandaları ilə mübarizə aparacaq.
 
Azərbaycan millisi dekabrın 17-də çexiya, 18-də İsveç, 19-da isə Uelslə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest