"Mançester Yunayted" klubunun futbolçusu Viktor Lindelöfün nəfəsalma problemləri var. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Lindelöf "Norviç"lə Premyer Liqa matçının sonlarında səhhətində problem yaşayıb. O, bu səbəbdən meydanı tərk edib.
 
İsveçli müdafiəçi həkim nəzarətindədir. Həkimlər müayinələrdən sonra Viktora yekun rəy verəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest