AFFA-nın təşkilatçılığı ilə Mərdəkanda yerləşən Milli Komandaların Təlim-Məşq Bazasında keçirilən "D" kateqoriyalı məşqçi kurslarına yekun vurulub. Matc.az xəbər verir ki, AFFA-nın Məşqçilik kurslarının təlimatçıları İlham Əzizzadə, üzeyir İbrahimov və Fərid Namazov tərəfindən Bakıda və regionlarda yerləşən məktəblərdə çalışan bədən tərbiyəsi müəllimləri ilə kütləvi futbolda əsas prinsiplər, effektiv öyrətmə üsulları və digər mövzularda geniş müzakirələr aparılıb.
 
Yekunda hər bir iştirakçıya kursu bitirdiklərinə dair müvafiq məşqçi lisenziyaları verilib. Qeyd edək ki, məşqçi lisenziyalarını iştirakçılara Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və İlham Əzizzadə təqdim edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest