"Atırau"nun hücumçusu Babatunde Adeniyinin ölkəmizdə oynamaq şansı yaranıb. Matç.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, Nigeriya yığmasının üzvü "Keşlə"nin maraq dairəsində olub. Lakin tərəflər arasında danışıqlar uğursuz nəticələnib. 24 yaşlı forvard karyerasını Qazaxıstanda davam etdirmək qərarına gəlib.

ötən mövsüm 30 oyunda vurduğu 8 qolla "Atırau"nun bombardiri olan Adeniyi "İrtış"la anlaşıb. O, yeni komandasına Antalya toplanışında qatılmağa hazırlaşır.

Qeyd edək ki, "Keşlə" qış fasiləsində hələlik Vüsal İsgəndərli, Con Kamara və Emin Mehtiyevi heyətinə cəlb edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest