İngiltərənin "Mançester Yunayted" klubunda koronavirusa yoluxanların sayı artıb. Matc.az xəbər verir ki, "qırmızı şeytanlar"da ümumilikdə 19 nəfərdə virus aşkarlanıb.
 
Bu barədə "The Telegraph" nəşri məlumat yayıb. Virusa yoluxanların adları və vəzifələri açıqlanmayıb.
 
"Mançester Yunayted"in Premyer Liqada 17-ci turda "Brentford"a qarşı keçirməli olduğu oyun təxirə salınıb. Növbəti turun "Brayton"la oyunu da ertələnə bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest