İtaliya "Yuventus"unun futbolçusu Kriştianu Ronaldo A seriyasında son 24 ilin rekorduna imza atıb. Matç.az xəbər verir ki, "Latsio" ilə qarşılaşmada komandasına 2:1 hesablı qələbə qazandıran qola imza atan portuqaliyalı ardıcıl 8-ci səfər oyununda fərqlənib.

A seriyasında 24 il idi belə nəticə qeydə alınmırdı. Sonuncu belə hadisə 1994/95 mövsümündə yaşanmışdı.

Qeyd edək ki, Ronaldo İtaliya çempionatındakı qol sayını 15-ə çatdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest