Bu gün İsveçrənin Nyon şəhərində UEFA Millətlər Liqasının 2022/23-cü illər mövsümünün püşkatma mərasimi keçirilib. Matc.az xəbər verir ki, milli komandamız C liqasının III qrupunda yer alıb. Püşklə bağlı danışan yığmamızın baş məşqçisi Canni De Byazi bildirib ki, komandamız kifayət qədər balanslı qrupda mübarizə aparacaq:  "Slovakiya millisinin qrupun favoriti olduğunu deməklə, yəqin ki, yeni nəsə demiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda sözün yaxşı mənasında öz sözümüzü deyə bilərik".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest