Qeyd edək ki, Moldova millisi Qazaxıstanla pley-off oyunlarında qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 1-ci qrupunda mübarizə aparacaq.

Futbol üzrə Moldova yığmasının baş məşqçisi Sergey Kleşenko UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin potensial rəqiblərindən olan sözügedən komandanın 49 yaşlı çalışdırıcısı federasiyanın rəsmi saytına açıqlamasında bunları söyləyib:
 
"C Liqasının 3-cü qrupunda bizimlə bir qrupda yer alan komandaları yaxşı tanıyırıq. Bir müddət əvvəl həm belaruslular, həm də azərbaycanlılarla oynamışıq. Bu il Azərbaycan millisini 1:0 hesabı ilə məğlub etmişik. Bu komandaları yaxşı tanıyırıq və onlar xal üçün mübarizə apara biləcəyimiz münasib rəqiblərdir. Slovakiya yığması isə qrupun favoritidir. Onların Rusiya millisi ilə oyunlarını görmüşük. Kifayət qədər yaxşı komandadır. Ruslar onları çətinliklə üstələmişdi.
 
Bizə gəlincə, 2022-ci ilin martında Qazaxıstanla pley-off oyunlarımız var. Bu görüşlər bizim üçün çox vacibdir. çünki C Liqasına düşmək istəyirik. Bu, ölkənin nüfuzu ilə bağlıdır, üstəlik, daha güclü rəqiblərimiz olacaq. Bu liqadakı komandalarla oynamağımız kollektivi möhkəmləndirmək və psixoloji atmosferi yaxşılaşdırmaq baxımından çox vacibdir.
 
D Liqasındakı mümkün rəqiblərimizə gəlincə, burada Latviya, Lixtenşteyn və Andorra ilə qarşılaşa bilərik. Demək olar ki, bu komandaların hamısı C Liqasındakı mümkün rəqiblərimizdən zəifdirlər. Hamısı eyni səviyyədə olan komandalardır. Hesab edirəm ki, bu rəqiblərin hər biri ilə oyunda qələbə uğrunda mübarizə apara bilərik".
 
Qeyd edək ki, Moldova millisi Qazaxıstanla pley-off oyunlarında qalib gələcəyi halda C Liqasında Azərbaycan yığmasının yer aldığı 3-cü qrupa düşəcək. Əks təqdirdə, komanda D Liqasının 1-ci qrupunda mübarizə aparacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest