Slovakiya Futbol Federasiyasının prezidenti Yan Kovaçik UEFA Millətlər Liqasının püşkünü dəyərləndirib. Matc.az xəbər verir ki, Slovakiya yığması C Liqasında Belarus, Azərbaycan, eləcə də Qazaxıstan-Moldova cütünün qalibi ilə birgə 3-cü qrupda mübarizə aparacaq.
 
Kovaçik rəqiblərdən məmnunluğunu gizlətməyib: "Seçim imkanımız yoxdur. Belarus və Azərbaycanla eyni qrupa düşdük. Dördüncü komandanın Moldova olmasını istərdim. Yığmamızın əsas hədəfi hər zaman uğurlu olmaqdır. Mənim şəxsi fikrim belədir ki, biz bu qrupun qalibi olmalıyıq. Bütün oyunlarımızda qələbə qazanmaq istəyirik".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest