Dünən Ayxan Abbasovla yollarını ayıran "Sumqayıt" rəhbərliyi baş məşqçi axtarışına çıxıb. Matc.az saytının əldə etdiyi xəbərə görə, "Gənclik şəhəri" təmsilçisi 2 mütəxəssis üzərində seçim edəcək. 

Bunlardan birinin adı açıqlanmır. Digəri isə elə bu mövsümün gedişində "Sabah"ın "sükanı arxası"ndan ayrılan Ramin Quliyevdi. Böyük ehtimalla, Abbasovun xələfi elə Quliyev olacaq. 

Qeyd edək ki, Ramin Quliyev "Sabah"dan oktyabrın 21-də ayrılıb. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest