"Qarabağ" Azərbaycan çempionatlarında 750-ci ev qoluna imza atıb. Matc.az xəbər verir ki, bu, Premyer Liqanın XIV turuna təsadüf edib. "Zirə" ilə görüşdə (2:0) vurulan ikinci qol yubiley xarakteri daşıyıb.
 
Bu topa Musa Qurbanlı imza atıb. "Qarabağ" 750-ci qolu 413-cü ev oyununda vurub.
 
Qeyd edək ki, "Qarabağ"ın evdəki ilk qolunun müəllifi Mehman Alışanovdur. 1992-ci mayın 3-də Sabirabad "İnşaatçı"sının (1:2) qapısına qol vuran futbolçu həm də ölkə çempionatlarının tarixinin birinci topuna imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest