Aç-2022-nin final mərhələsində futzal üzrə Azərbaycan millisinin rəqibləri olan komandalar yoxlama oyunları keçiriblər. Matc.az xəbər verir ki, final mərhələsində ilk rəqibimiz olacaq Gürcüstan millisi Tiflisdə Serbiya yığması ilə üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. Bu komandalar sabah daha bir oyun keçirəcəklər.
 
Qrup mərhələsində son rəqibimiz olacaq Bosniya və Herseqovina isə turnirdə iştirak edir. Onlar ilk matçda Slovakiya ilə qarşılaşıblar. Oyun slovakların 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Növbəti görüşdə çexiya futzalçıları ilə matçda da bosniyalılar qapısından 5 top buraxıb, 3 qol vurub. Oyun çexiyanın 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest