Klub onun 70 min avroluq illik maaşını ödəmək iqtidarında olmadığından, hücumameyilli oyunçunun gedişində maraqlıdı. Rəhbərlik Kafunun qalmasının klubun büdcəsinə ciddi təsir göstərəcəyini düşünür

"Bordo"nun futbolçusu Conatan Kafu karyerasını Azərbaycanda davam etdirə bilər. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı Serbiya mətbuatı yayıb.

Bildirilir ki, yayda "Srvena Zvezda"nın birillik icarəyə götürdüyü braziliyalı komandasını dəyişməyə hazırlaşır. Məsələ burasındadı ki, Antalyaya təlim-məşq toplanışına yollanan Serbiya təmsilçisi Kafunu özü ilə aparmayıb. Baş məşqçi Vladan Miloyeviçin bu qərarı gözlənilməz olub.

Lakin məlum olub ki, "Srvena Zvezda" rəhbərliyi 27 yaşlı vingeri maliyyə problemi ucbatından saxlamaq istəmir. Klub onun 70 min avroluq illik maaşını ödəmək iqtidarında olmadığından, hücumameyilli oyunçunun gedişində maraqlıdı. Rəhbərlik Kafunun qalmasının klubun büdcəsinə ciddi təsir göstərəcəyini düşünür. Müqavilə ilə "Bordo"ya məxsus olan "sambaçı"nın Azərbaycan və Qazaxıstan klublarından təklif aldığı vurğulanıb.

Qeyd edək ki, karyerası ərzində "Boavişta", "San Paulo", "Ludoqorets" kimi klubların formasını geyinmiş Conatan Kafunun "Bordo" ilə müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest