"Fənərbaxça"nın və Türkiyə milli komandasının sabiq futbolçusu Volkan Dəmirəl baş məşqçiliyə başlayıb. Matc.az xəbər verir ki, 40 yaşlı mütəxəssis "Fatih Karagümrük" komandasına baş məşqçi təyin olunub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Volkanla müqavilənin müddəti 2.5 illikdir.
 
Volkan futbolçu karyerası ərzində 2002-2019-cu illərdə "Fənərbaxça"da çıxış edib. O, qapıçı karyerasını bitirdikdən sonra 2021-ci ilin yayına qədər bu klubda çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest