"Mövsümə yaxşı başladıq, həm Liqa1-də, həm də avrokuboklarda iddiamızı davam etdiririk". Matc.az xəbər verir ki, bunu Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ"a rəqib olan "Marsel"in baş məşqçisi Xorxe Sampaoli deyib.
 
61 yaşlı argentinalı mütəxəssis Fransa çempionatında ilk pillələr uğrunda mübarizə aparmalarına baxmayaraq, Konfrans Liqasına da ciddi yanaşdıqlarını söyləyib: "Konfrans Liqası bu ildən yaradılmasına baxmayaraq, yüksək səviyyəli komandalar burada çıxış edir. Bu turnirə qeyri-ciddi yanaşmaq fikrimiz yoxdur. Bu, eyni zamanda Avropa arenasında böyük klublarla qarşılaşmaq üçün fürsətdir. Hədəfimiz Konfrans Liqasını qazanmaq, bunu azarkeşlərə hədiyyə etməkdir".
 
Qeyd edək ki, "Marsel"lə "Qarabağ" arasında ilk oyun gələn il fevralın 17-də Marseldə, cavab görüşü isə 24-də Bakıda keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest