Futzal üzrə Azərbaycan millisi dekabrın 18-də və 19-da Ukrayna yığması ilə iki yoxlama oyunu keçirəcək. Matc.az xəbər verir ki, bu komandalar indiyə qədər 3-ü rəsmi olmaqla 5 oyunda qarşılaşıblar.
 
Rəsmi qarşılaşmalardan ilk duel Macarıstanda baş tutub. 2010-cu ildə keçirilən və millimizin debüt etdiyi Avropa çempionatının 1/4 final mərhələsindəki oyunun əsas və əlavə vaxtı 3:3 hesabı ilə başa çatıb. Qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub ki, millimizin üzvləri daha dəqiq olublar – 4:2. Nəticədə komandamız yarımfinala çıxıb.
 
Tərəflərin növbəti qarşılaşması Dç-2012-nin seçmə mərhələsində baş tutub. Bakıda keçirilən qrup oyununda qələbəni futzalçılarımız qazanıb – 4:2.
 
Bu komandalar 4 il sonra yenidən üz-üzə gəliblər. Bu dəfə Aç-2016-nın seçmə mərhələsində və oyun bu dəfə də paytaxtımızda təşkil olunub. Həmin vaxt qrupda Belçika və Danimarkadan güclü olan millimiz Ukrayna ilə görüşdə yenilmişdi – 2:3.
 
Yoxlama oyunları isə beynəlxalq turnirlər çərçivəsində baş tutub. Burada tərəflər hərəyə bir qələbə qazanıb. Bakıdakı ilk dueldə millimiz 3 cavabsız qolla qalib gəlib. Sonrakı görüşdə isə sevinən tərəf qonaqlar olub.
 
25.01.2010. Aç. Azərbaycan – Ukrayna – 3:3 pen. 4:2 /Macarıstan/
 
08.02.2011. BT. Azərbaycan – Ukrayna – 3:0 /Azərbaycan/
 
18.12.2011. DçSO. Azərbaycan – Ukrayna – 4:2 /Azərbaycan/
 
15.01.2012. BT. Azərbaycan – Ukrayna – 2:3 /Azərbaycan/
 
21.03.2015. AçSO. Azərbaycan – Ukrayna – 2:3 /Azərbaycan/

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest