2024-cü ildən etibarən UEFA Millətlər Liqasında Cənubi Amerikanın 10 yığması da iştirak edəcək. Matc.az xəbər verir ki, bu barədə Avropa futbol qurumunun vitse-prezidenti Zbiqnev Bonek ESPN-ə açıqlama verib.
 
O bildirib ki, Braziliya, Argentina, Kolumbiya, Uruqvay, çili və Peru A Liqasında, Boliviya, Paraqvay, Venesuela və Ekvador isə B Liqasında mübarizə aparacaq.
 
Bütün qarşılaşmaların Avropada keçiriləcəyi bildirilir. Lakin bu komandaların müsabiqədənkənar mübarizə aparması ehtimal olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest