Futbol üzrə Avropa Konfrans Liqasında qrup mərhələsinin ən yaxşı qolu müəyyənləşib. Matc.az xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Kadi Borgesin Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub etdikləri oyunda vurduğu qol birinci yerə layiq görülüb.
 
Sözügedən qarşılaşmada dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atmışdı.
 
Qalib azarkeşlər arasında səsvermədən sonra bəlli olub. Kadi Borgesin qolu 52 faiz səs toplayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest