Almaniyanın "Bayern" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Münhen təmsilçisi çinli qapıçı Lyu Şao Tsyanı heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı futbolçu ilə müqavilənin müddəti 2025-ci ilin yayına qədər nəzərdə tutulub.
 
Lyu "Bayern"ə çinin "Vuhan Tauns" klubundan keçib. Münhen təmsilçisi bu klubla əməkdaşlıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest