Futbol üzrə Polşa çempionatında 19-cu turun oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Anton Krivotsyukun formasını geyindiyi "Visla" (Plotsk) da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Lexiya" (Qdansk) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.
 
Krivotsyuk da bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə meydana buraxılıb. Millimizin müdafiəçisi 70-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
 
"Visla" 19 turdan sonra 29 xalla 18 kollektiv arasında 6-cı pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest