Futbol üzrə Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün daha beş qarşılaşma baş tutub.
 
Lider "Trabzonspor" bu turda "Hatayspor"u qəbul edib və inamlı qələbəyə sevinib.
 
"Alanyaspor" evdə "Adana Dəmirspor"a, "Kasımpaşa" isə "Sivasspor"a uduzub. "Konyaspor" da "Antalyaspor"u məğlub yola salıb.
 
ötən tur "Sivasspor" səfərindən əliboş qayıdan "Qalatasaray"ın budəfəki rəqibi son turların uğurlu komandası "Başakşəhər" olub. İstanbul təmsilçilərinin duelində qalib müəyyənləşməyib. 
 
Türkiyə Super Liqası
17-ci tur
17 dekabr
 
Girəsunspor – Altay 3:1
Qol: Süleymanov, 31. Balde, 61. Diabate, 72 – Poko, 81.
 
18 dekabr
 
Kasımpaşa – Sivasspor 1:3
Qol: Kamara, 43-öz qapısına – Fajr, 50. Yatabare, 76; 81.
 
Trabzonspor – Hatayspor 2:0
Qol: Djanini, 24. Kornelius, 38.
 
Konyaspor – Antalyaspor 1:0
Qol: E.çekici, 90+2.
 
Qalatasaray – Başakşəhər 1:1
Qol: M.Məhəmməd, 87 – Okaka, 20.
 
Alanyaspor – Adana Dəmirspor 1:3
Qol: Dyedyu, 30 – Varqas, 26. Balotelli, 43. Byarnason, 51.
 
19 dekabr
 
14:30. Rizəspor – Yeni Malatyaspor
17:00. Kayserispor – Qaziantep
17:00. Göztəpə – Fatih Karagümrük
20:00. Fənərbaxça – Beşiktaş

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest