Futbol üzrə İtaliya A Seriyasında 18-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, bu gün üç qarşılaşma baş tutub.
 
Joze Mourinyolu "Roma" Berqamoda "Atalanta"nın qonağı olub. "Canavarlar" iddialı rəqibini böyük hesabla məğlub edib. "Udineze" də "Kalyari" ilə səfər matçında 4 cavabsız qolla qalib gəlib.
 
"Yuventus" bu turda "Bolonya" səfərinə yollanıb. Turin təmsilçisi də turu inamlı qələbə ilə başa vurub.
 
İtaliya A Seriyası
18-ci tur
17 dekabr
 
Latsio – Cenoa 3:1
Qol: Pedro, 36. Açerbi, 75. Zakkayni, 81 – Meleqoni, 86.
 
Salernitana – İnter 0:5
Qol: Perişiç, 11. Dumfris, 33. A.Sançes, 52. L.Martines, 77. Qalyardini, 87.
 
18 dekabr
 
Atalanta – Roma 1:4
Qol: Kristante, 45+1-öz qapısına – Abraham, 1; 82. Zaniolo, 27. Smollinq, 72.
 
Bolonya – Yuventus 0:2
Qol: Morata, 6. Kuadrado, 69.
 
Kalyari – Udineze 0:4
Qol: Makenqo, 4. Deulofeu, 45; 69. Molina, 50.
 
19 dekabr
 
15:30 Fiorentina – Sassuolo
18:00 Spetsiya – Empoli
21:00 Sampdoriya – Venetsiya
21:00 Torino – Verona
23:45 Milan – Napoli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest