Futbol üzrə Almaniya ikinci Bundesliqasında 18-ci turun oyunları keçirilib. Matc.az xəbər verir ki, azərbaycanlı hücumçu Rüfət Dadaşovun formasını geyindiyi "Şalke" də növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Hamburq"la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
 
Rüfət bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
 
"Şalke" bu mövsüm ikinci Bundesliqada keçirdiyi 18 oyunda 30 xal toplayıb. Bu komanda hazırda 18 kollektiv arasında dördüncü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest