Məhəmmədəliyevin təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunub. Matc.az xəbər verir ki, 27 yaşlı qolkiper sağ qolundakı problem ucbatından Türkiyədə cərrahiyə əməliyyatına ehtiyac duyub.
 
Məhəmmədəliyevin təxminən 2-3 ay yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.
 
Xatırladaq ki, daha öncə Ağdam klubunun digər qapıçısı Emil Balayev də Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönməsi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest