"Barselona" İspaniya La Liqasının 18-ci turunda "Elçe"ni məğlub edib – 3:2. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, bu qələbə Kataloniya təmsilçisinin futbolçusu Serxio Buskets üçün əlamətdar olub.
 
Belə ki, ispan yarımmüdafiəçi "Barselona" ilə rəsmi oyunlarda 459-cu qələbəsini qazanıb. Buskets qələbə sayında keçmiş komanda yoldaşı Andres İnyestaya çatıb.
 
"Barselona" ilə rəsmi matçlarda ən çox qələbə qazanan futbolçu Lionel Messidir. Hazırda Fransa PSJ-sində çıxış edən argentinalı hücumçu Kataloniya təmsilçisi ilə 542 qələbə qazanıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest